Oktyabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) “AHİK Könüllüləri” proqramının təqdimatı keçirilib.
ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə keçirilən təqdimatda açılış nitqi ilə çıxış edən ADNSU THİK-in sədri Namiq Gəncəyev iştirakçıları salamlayaraq layihə haqqında məlumat verib. O, ADNSU tələbələrinin könüllülük proqramlarında aktiv iştirakından danışıb və yeni könüllülük proqramında gəncləri daha da aktiv iştiraka dəvət edib.
Sonra Vüsalə Hümbətli “AHİK Könüllüləri” proqramı haqqında təqdimatla çıxış edib. “AHİK Könüllüləri” proqramı barədə tələbələrə ətraflı məlumat verən V.Hümbətli proqramın məqsədləri, vəzifələr, proqramın üstünlükləri, gənclərin hüquqlarının qorunması və sosial inkişaf sahəsində atılan addımlardan danışıb. Həmçinin, proqram çərçivəsində tələbələrin iştirakı və gələcək fəaliyyətləri barədə ümumi məlumat verilib.
Sonda tələbələrin sualları cavablandırılıb.