×

News

News 24 Oct 2024
ADNSU-da növbəti təlim keçirilib

Oktyabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Energetika fakültəsinin (EF) təşkilatçılığı ilə Praktiki Elektrik Tədris Mərkəzinin təlim proqramının təqdimatı keçirilib. 

Energetika mühəndisliyi ixtisasının 2-3 və 4 -cü kurs tələbələrinin iştirak etdiyi tədbidə təlimçi Nail Quliyev mərkəzin təlim proqramı haqqında təqdimatla çıxış edib. Təqdimatda elektroenergetikanın fundamental əsasları, sənayedə elektrik mühərriklərinin və transformatorların rolu, real layihələrlə işləmək bacarığı, elektrik avadanlıqlarının quraşdırılması, partlayış mühafizəli zonaların elektrik avadanlıqları, elektrik təhlükəsizliyi və icazələr, həmçinin alternativ enerji mənbələri və beynəlxalq və yerli şirkətlərin işə qəbul müsahibələrinə hazırlıq mövzuları üzrə təqdimat nümayiş olunub.

Təqdimatın sonunda tələbələrin sualları cavablandırılıb. 


Share