×

News

News 24 Oct 2024
Azİİ e-Kitab Evində “8 Noyabr Zəfər Günü”nə həsr olunmuş kitab sərgisi təşkil olunub

Oktyabrın 22-dən Azİİ e-Kitab Evində şanlı qələbəmizə həsr olunmuş “8 Noyabr-Zəfər Günü” adlı kitab sərgisi təşkil olunub. Sərgidə 30 il boyunca erməni vandalizminə məruz qalmış Azərbaycan torpaqlarının vəziyyətini, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin, əsgər və zabitlərimizin qanı bahasına torpaqlarımızın erməni işğalından azad edilməsini əks etdirən dəyərli çap nümunələri yer alıb.

     Ümumilikdə 100-dən çox adda çap məhsulunun yer aldığı sərgidə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş qəhrəmanlarımızın fədakarlığı və qətiyyəti sayəsində 44 günlük Vətən müharibəsinin tarixi zəfər ilə başa vurulmasını, haqq savaşına qalxan igid oğullarımızın bir yumruq kimi birləşərək düşməni məğlub etmələrini və şəhidlərimizin keçdikləri qəhrəmanlıq yollarını əks etdirən kitablar, jurnallar, fotolar sərgilənib. “İnformasiya müharibəsində qələbə: Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev“, Azərbaycan tarixi”, ”Azərbaycan faciələrinin təqvimi”, “Azərbaycan 44 günün reallıqları”, ADNSU-nun şəhid məzunlarına və eləcə də digər qəhrəmanlarımıza həsr olunmuş kitablar, ADNSU tələbələrinin vitraj rəsmləri də sərgidə geniş yer alıb.


Share