×

Xəbərlər

Xəbərlər 17 Oct 2017
ADNSU-da 18 Oktyabr - Müstəqillik günü ilə bağlı kitab sərgisi təşkil olunub

Oktyabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)  Əsaslı kitabxanasında “18 Oktyabr Azərbaycanın Dövlət müstəqilliyi günü” ilə bağlı “18 Oktyabr-Müstəqillik günü və Yeni nəşrlər” adlı kitab sərgisi təşkil olunub.

Sərgidə Ulu öndər Heydər Əliyevin ölkənin siyasi-hüquqi, sosial-iqtisadi və mədəni həyatının aktual problemləri ilə bağlı fəlsəfi fikirlərini əks etdirən kitablar geniş yer alıb.

Eyni zamanda sərgidə universitetin professor-müəllim heyətinin yeni nəşr olunmuş dərslikləri, dərs vəsaitləri və digər materiallar da daxil olmaqla 46 adda kitab nümayiş olunub.


Paylaş