×

Xəbərlər

Xəbərlər 29 Oct 2024
ADNSU-da bp Azərbaycan şirkətinin tələbələrlə növbəti görüşləri keçirilib

Oktyabrın 28-29- da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Təcrübə bölməsinin təşkilatçılığı ilə bp Azərbaycan şirətinin 2025-ci il üçün tələbə və məzunların işə qəbul və təcrübə proqramının fakültələr üzrə məlumat sessiyası keçirilib. 
Neft mexanika (NMF), Geoloji kəşfiyyat (GKF) və Energetika fakültələrinin (EF) tələbələri üçün keçirilən görüşlərdə  bp-nin nümayəndələri müvafiq sahələr üzrə məlumat verib, təcrübə proqramlarına müraciət qaydaları, seçim prosesi və s. haqqında ətraflı danışıblar. 
İnteraktiv formatda keçirilən görüşlərdə tələbələrin sualları cavablandırlıb, ümumi müzakirələr aparılıb.


Paylaş