×

News

News 30 Oct 2024
ADNSU-da növbəti Elmi Şura keçirilib

Oktyabrın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib. Öncə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov gündəlikdə olan məsələləri şura üzvlərinə elan edilib və gündəlik təsdiq olunub. 

Universitetdə tədris və təhsilin cari vəziyyətindən danışan dosent Vazeh Əskərov aralıq imtahanlarının keçirilməsinin qənaətbəxş olduğunu deyib, imtahanlara nəzarətin daha da gücləndirilməsi və tələbələrin biliyinin düzgün qiymətləndirlməsi ilə bağlı dekanlara tapşırıqlar verib.  Elmi Şurada dosent Vazeh Əskərov ADNSU-nun beynəlxalq reytinqlərdə qazandığı uğurlardan da söz açıb. Bildirib ki, “Quacquarelli Symonds” (QS) analitik agentliyin açıqladığı son nəticələrə görə universitet reytinq sıralamasında bir neçə istiqamət üzrə əhəmiyyətli şəkildə irəliləyib, bundan sonra bu istiqamətdə komanda şəkilində daha böyük nailiyyətlər əldə etməliyik.

İclasda gündəliyə uyğun olaraq 2023/2024-cü tədris ilinə planlaşdırılmış akademik yükün yerinə yetirilməsi və 2024/2025-ci tədris ilinə professor-müəllim və tədris-köməkçi heyətin ştatı barədə Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov, Dissertasiya şuralarının fəaliyyəti, 2024/2025-ci tədris ilində doktoranturaya qəbulun nəticələri haqqında Elmi işlər üzrə prorektor, professor Lətafət Qardaşova məruzə ilə çıxış ediblər. 

Geoloji Kəşfiyyat Fakültəsinin dekanı, dosent Naməd Paşayev fakültənin fəaliyyəti haqqında hesabat verdikdən sonra professor və dosent elmi adı verilməsi üçün AAK-a sənədləri göndəriləcək iddiaçılar barədə Elmi katib, dosent Nərminə Əliyeva məlumat verib. 

Elmi Şuranın iclasında icra olunan işlər, elmi nailiyyətlər və digər mühüm məsələlər təhlil olunduqdan sonra qənaətbəxş hesab edilib, bir sıra mühüm qərarlar qəbul olunub. O cümlədən, universitetdə Karyera mərkəzinin strukturunun və əsasnaməsinin və Daxili keyfiyyət təminatı mərkəzinin əsasnaməsinin təsdiqi ilə bağlı qərar qəbul olunub. 

Təhsil proqramlarının dövri qiymətləndiriməsinə dair təlimatın təsdiqi barədə şura üzvlərinə məlumat verən rektor əvəzi, dosent Vazeh Əskərov müzakirəyə çıxarılan məsələlərlə bağlı irad və təkliflərini bildirib, çatşımazlıqların aradan qaldırılması və görüləcək işlər haqqında tapşırıqlar verib. 


Share