Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları– Təcrübə bölməsinin müdiri Səbinə Əliyeva və layihələri üzrə menecer Elmar Quliyev Qırığızıstana səfər çərçivəsində elmi istiqamətlər üzrə işgüzar görüşlər keçiriblər.
Belə ki, ADNSU-nun nümayəndə heyəti Qırğız - Rusiya Slavyan Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən Sergey Volkov və universitetin digər əməkdaşları ilə görüşüblər.
Görüşlərdə iki universitet arasındakı əməkdaşlıq əlaqələri müzakirə olunub, gələcəkdə müştərək icra olunacaq layihələr və təhsil proqramları ilə bağlı fikir mübadiləsi aparılıb.