×

News

News 04 Nov 2024
ADNSU-da “Zəfərimiz qürurumuzdur” adlı tədbir keçirilib

Noyabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə Zəfər gününə həsr olunmuş “Zəfərimiz qürurumuzdur” adlı tədbir keçirilib. 

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Humanitar fənlər kafedrasının müdiri, professor Camal Mustafayev tədbir haqqında ümumi məlumat verib və 2020-ci ilin sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini bildirib.

Sonra şəhidlər haqqında video-çarx nümayiş olunub. Kafedranın dosenti Yaşar Əhmədov Azərbycanın çoxəsirlik tarixindən söz açaraq Zəfər gününü bizə yaşadan qəhrəman oğulların Azərbaycan xalqının qəlbində hər zaman yaşayacağını deyib. Sonra şəhid mayor Vüsal Vəliyevin qardaşı Əpoş Vəliyev qardaşı haqqında xatirələrini bölüşüb. 

Tədbirdə kafedranın dosenti Ruslan Abdullayev 44 günlük Vətən müharibəsi və tarixi qələbəmizin Azərbaycan ordusunun yenilməzliyini bir daha bütün dünyaya sübut etdiyini deyib.  Sonra qazilər - Kamran Nəzərli, Zülfüqar Novruzov, Fərid Dursunəliyev, Cavidan Mehdiyev tədbir iştirkçılsrı ilə döyüş təəssüratlarını bölüşüblər.


Share