×

News

News 05 Nov 2024
ADNSU kollektivi “İrəvanda yanan çıraq” tamaşasını izləyib

Noyabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi, dosent Vazeh Əskərov, universitetin professor-müəllim heyəti və tələbələr Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yazıçı, şair-dramaturq Hidayət Orucovun “İrəvanda yanan çıraq” əsərinə tamaşa edib. 

İrəvanın ulu əcdadlarımızın tarixi yurd yeri olduğu və yurdun çırağını Azərbaycan türklərinin yandırdığı mesajını verən əsər tamaşaçılar tərəfindən maraqla qarışlanıb. Tamaşada bir sıra mühüm tarixi mətləblərə toxunulub. Belə ki,  Azərbaycan Səfəvi dövlətinin qurucusu və ilk hökmdarı Şah İsmayıl Xətainin İrəvan qalasının valisi Rəvanqulu xana əbədiyyət rəmzi kimi əmanət etdiyi çırağın tarixçəsindən qaynaqlanan əsərdə erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımı və deportasiyaların anatomiyasına dərindən nüfuz edilib.

“İrəvanda yanan çıraq” tamaşasında xalqımızın Qərbi Azərbaycanda milli mənafeinə qənim kəsilmiş erməni millətçilərininin hiyləgərlikləri, Şah İsmayılın İrəvanda yandırdığı çırağı öz adlarına çıxdıqları və bunun ifşası obrazlarla ifadə olunub. Əsərin sonunda İrəvanda söndürülmüş çırağımızın Bakı səhnəsində təntənə ilə şölə saçması Ermənistanın xəyanətkar siyasətinin məğlubiyyətinin timsalı kimi canlanıb. 

Tarixi taleyimizə işıq tutan bu əsər dünənimizlə bu günümüz və sabahımız arasında sarsılmaz bağların olduğunu təlqin edir, Qərbi Azərbaycana “Böyük Qayıdış”ın heç də uzaqda olmadığına dərin inam hissi yaradır. 


Share