Rusiya Federasiyasının Ufa Elm və Texnologiyalar Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Hindistanın Çandiqar Universitetinin birgə təşkilatçılığı ilə “Qərar qəbuletmənin intelektual dəstəyi ilə İnformasiya texnologiyaları” adlı X Beynəlxalq yubiley elmi konfransı keçirilib. Konfransda qeyri-səlis modellər və metodlar, neyroşəbəkə texnologiyaları, obrazların tanınması, evolyusiya və immun alqoritmlər, intellektual modellər, sistemli təhlil, mürəkkəb sistemlərdə qərarqəbuletməyə dəstək, bulud hesablamaları, robotlar və robototexniki sistemlər və tətbiqi optimallaşdırma metodları kimi məsələlərlə bağlı məruzələr dinlənilib.
Hər üç təşkilatçı tərfindən oflayn və onlayn formatda təşkil olunan Konfransın bir seminarı da ADNSU-da keçirilib və “Sənaye təhlükəsizliyi və əmək mühafizəsi” kafedrasının iki əməkdaşı və “Kompyuter mühəndisliyi” kafedrasının da iki doktorantı məruzələrlə çıxış ediblər.
Seminarda ADNSU-nun Elmi işlər üzrə prorektoru professor Lətafət Qardaşova, QNMF-nin dekanı professor Elman İskəndərov, “Sənaye təhlükəsizliyi və əmək mühafizəsi” kafedrasının müdiri, professor Sakit Rəsulov və Doktorantura şöbəsinin müdiri dosent Zülfüqar İbrahimov iştirak ediblər.