×

Xəbərlər

Xəbərlər 19 Oct 2017
Anqolada ADNSU-nun məzunları və dostları Assosiasiyası rəsmi qeydiyyata alınıb

2017-ci il oktyabrın 10-da Anqola Respublikasının Ədliyyə və İnsan Haqları Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Məzunları və Dostları Assosiasiyasının Nizamnaməsini təsdiq edib. Qeyd etmək lazımdır ki, o vaxtlar Azərbaycan Neft və Kimya İnstitutu adlanan ali məktəbi 65 anqolalı gənc bitirib ki, onların arasında 38 il bu ölkənin dəyişilməz prezidenti olan Joze Eduardu duş Santuş da var. Assosiasiya Anqola Respublikasında yaradılmış və xarici ölkə məzunlarını birləşdirən ilk və yeganə belə qurumdur. Təşkilatın ADNSU ilə əlaqələrin qorunub saxlanması və inkişaf etdirilməsi, Azərbaycan və Anqolada müxtəlif istiqamətlər üzrə, o cümlədən anqolalı gənclərin ADNSU-da ali təhsil alması üçün birgə layihələrin gerçəkləşdirilməsi kimi məqsədləri vardır.

Bununla yanaşı Assosiasiya təhsil müəssisləri, Anqolanın, Azərbaycanın və digər ölkələrin neft və dağ-mədən sektorunda fəaliyyət göstərən dövlət və özəl qurumlarla tərəfdaşlıq əlaqələrinin qurulmasını da özünün əsas məqsədlərindən biri kimi elan edib. Assosiasiya öz fəaliyyətində demokratiya, azadlıq, həmrəylik, qarşılıqlı hörmət və bərabərlik prinsiplərini rəhbər tutur. Qısa müddət ərzində Assosiasiyanın rəsmi fəaliyyətə başlaması ilə əlaqədar təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.


Paylaş