×

News

News 30 Nov 2024
ADNSU-da “Tullantıların idarə olunması” mövzusunda mühazirə keçirilib

Noyabrın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ətraf mühitin qorunması, o cümlədən tullantıların idarə olunması ilə bağlı açıq mühazirə keçirilib.
Mühazirədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin Tullantıların idarə olunması sektorunun müdiri Mehman Nəbiyev   “Tullantıların idarə olunması” mövzusunda təqdimatla çıxış edib. Mühazirədə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, həmçinin "Ümumi evimiz olan Dünya üçün Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə" haqqında məlumat verilib, tullantılrın idarə olunması və bu istiqamətdə görülən işlərdən danışılıb. 
Sonra Təmiz Şəhər" ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin rəis müavini Elnur Əliyev müəssisənin fəaliyyəti, görülmüş işlər və şirkətin nəzdində fəaliyyət göstərən zavodlar haqqında məlumat verib. Tələbələri zavodlara ekskursiyaya dəvət edib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılılb.


Share