×

Xəbərlər

Xəbərlər 02 Dec 2024
ADNSU-da növbəti Elmi Şura keçirilib

Dekabrın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib. Öncə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov gündəlikdə olan məsələləri şura üzvlərinə elan edib və gündəlik təsdiq olunub. 

Universitetdə tədris və təhsilin cari vəziyyəti ilə bağlı çıxış edən dosent Vazeh Əskərov görülmüş işlər və çatışmazlıqlardan, o cümlədən əsas hədəflərdən danışıb. O, bildirib ki, təhsilalanların yüksək səviyyəli təhsillə təmin olunması və təhsilin müasir tələblərə uyğunlaşdırılması prosesi, o cümlədən elmi nailiyyətlərin inkişafı hər zaman prioritetdir və komanda olaraq bu tapşırıqları yüksək səviyyədə yerinə yetirməliyik. 

Elmi Şuranın gündəliyə uyğun olaraq QNMF dekanı, professor Elman İskəndərov fakültənin fəaliyyəti haqqında illik hesabat verib.

Sonda dosent Vazeh Əskərov müzakirəyə çıxarılan məsələlərlə bağlı irad və təkliflərini bildirib, çatşımazlıqların aradan qaldırılması və görüləcək işlər haqqında tapşırıqlar verib.


Paylaş