×

Xəbərlər

Xəbərlər 04 Dec 2024
ADNSU-nun “SABAH” qruplarının tələbələri "Secure Tomorrow” hakatonunun qalibləri olublar

Dekabrın 3-də “SABAH” qruplarının 10 illik yubileyinə həsr olunmuş tələbə-məzun forumu və karyera sərgisinin açılış mərasimi keçirilib. 
Tədbir çərçivəsində “SABAH” tələbələri arasında 23-24 noyabr tarixlərində ekoloji maarifləndirmə mövzusunda təşkil edilmiş "Secure Tomorrow” hakatonunun qalibləri mükafatlandırılıb. 
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) SABAH qruplarının tələbələrindən ibarət “Spark” komandası 1-ci yerin, “THETA” 2-ci yerin, “FUTURİST” komandası isə 3-cü yerin qalibi olub.


Paylaş