Dekabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Emosional zəka" adlı seminar keçirilib. Təlimçi İstedadların idarə edilməsi departamentinin İşçi bağlılığı və motivasiya şöbəsinin baş mütəxəssisi Nərmin Əhmədzadə Emosional zəka nədir? nə üçün önəmlidir? Mövzusunda təqdimatla çıxış edib.
Daha sonra emosional zəkanın vacib hissələrindən - özünü tanıma və özünüidarəetmə barədə danışılıb.
Təlimdə həmçinin, tələbələr qruplara bölünərək emosiaonal zəkanı inkişaf etdirəcək və düzgün kommunikasiya qurmaq bacarıqlarını dərinləşdirəcək məşqlər ediblər, komandalar şəklində duyğuların idarə olunması və anlaşılması barədə müzakirələr aparıblar. Sonda tələbələri maraqlandıran sullar cavablandırılıb.