×

Xəbərlər

Xəbərlər 09 Dec 2024
ADNSU-da "Scopus AI" ilə bağlı info-sessiya keçirilib

Dekabrın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “SCOPUS Aİ- süni intellekt aləti ilə tədqiqat bacarıqlarının inkişafı” mövzusunda infosessiya keçirilib. 
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən keçirilən məlumat sessiyasında müxtəlif elm və ali təhsil müəssisələrinin müəllimləri, tələbələri, tədqiqatçıları və məzunları iştirak edib.
ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova tədbir iştirakçılarını salamlayaraq görüşün əhəmiyyətindən və elmi metrik bazalarla əmkdaşlığın önəmindən danışıb. 
Sonra sessiya çərçivəsində süni intellekt əsaslı elmi məlumat axtarış sistemi – “Scopus AI” alətindən istifadə etməklə tədqiqat trendlərinin müəyyən edilməsi, əhatəli ədəbiyyat axtarışı sistemindən danışılıb. Eyni zamanda fərdi araşdırmalar və məlumat əldə etmək üçün süni intellekt alətindən istifadə və iş prosesini optimallaşdıraraq tədqiqata ayrılan vaxta qənaət, həmçinin xülasələrin hazırlanması, aktual mövzuların və müvafiq ekspertlərin tapılması barədə iştirakçılara ətraflı məlumat verilib. 
Sonda iştirakçıları maraqlandıran suallar cavablandıırılıb.


Paylaş