Dekabrın 9-dan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev- Anım günü” adlı kitab sərgisi təşkil olunub.
Sərgidə Ulu Öndər, dahi rəhbər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş biblioqrafiya, fotoalbom, həmçinin Azərbaycan xalqının taleyində, müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafındakı xidmətlərindən, eləcə də Azərbaycan dövlətinin müstəqilliyinin bərpa olunmasından, qorunmasından bəhs edən kitablar və digər materiallar yer alıb. Ümumilikdə sərgidə Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti dövründə respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatındakı hadisələri əks etdirən 50-dan çox kitab və digər dövri nəşrlər də nümayiş olunur.
Sərgi dekabr ayının sonuna kimi davam edəcək.