Oktyabrın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elm və Təhsil Analitik Mərkəzinin əməkdaşları - Daxili keyfiyyət təminatı sektorunun rəhbəri Rəşad Şixiyev və Strategiya və təbliğat sektorunun mütəxəssisi Şamil Əhmədov tərəfindən Energetika və İnformasiya texnologiyaları və idarə edilməsi fakültələrində elmi bazalar haqqında təlimlər keçirilib. Təlimlərdə fakültə dekanları, kafedra müdirləri, professor-müəllim heyəti iştirak edib. Təlimlər zamanı universitetin akademik heyət üzvlərinə beynəlxalq xülasələndirmə və indeksləmə bazalarında elmi əsərlərin axdarışı, H-indeks və istinadlar mövzusunda, eyni zamanda Web of Science və Scopus xülasələndirmə bazalarında Q1 – Q4 kateqoriyaları üzrə bölünmüş elmi jurnallar, orada təmsil olunma və istinadlar haqqında ətraflı məlumat verilib.