×

Xəbərlər

Xəbərlər 04 Nov 2024
ADNSU-da beynəlxalq xülasələndirmə və indeksləşmə ilə bağlı növbəti təlim keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elm və Təhsil Analitik Mərkəzinin əməkdaşları - Daxili keyfiyyət təminatı sektorunun rəhbəri Rəşad Şixiyev və Strategiya və təbliğat sektorunun mütəxəssisi Şamil Əhmədov tərəfindən davamlı olaraq universitetin fərqli kafedlarının akademik heyət üzvləri üçün ixtisaslara uyğun olaraq "Scopus" beynəlxalq xülasələndirmə və indeksləmə bazası tərəfindən indekslənən impakt faktorlu jurnallar (yenilənmiş siyahılar, jurnalların H-indeksləri, baza tərəfindən indekslənəcək konfranslar və.s) haqqında və əlaqələrin qurulması istiqamətində təlimlər həyata keçirilir. Növbəti belə təlim noyabrın 4-də təşkil edilib və təlimdə istinad sayının artırılması üçün yazılması nəzərdə tutulan məqalələrdə aktual mövzulara toxunulub, açar sözlərdən istifadənin önəmi, aparıcı jurnallar  haqqında məlumat verilib.

Paralel olaraq əməkdaşlara Researchgate, Google scholar və Orcid online platformaları üzrə akademik heyət üzvləri üçün şəxsi kabinetlərin yaradılması və idarə edilməsi haqqında məlumatlar veriliblər və nümunə olaraq bir çox əməkdaş üçün qeyd olunan platformalarda hesablar yaradılıb.


Paylaş