Dekabrın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elm və Təhsil Analitik Mərkəzinin əməkdaşlarının doktorant və dissertantlarla görüşü keçirilib.
“Beynəlxalq xülasələndirmə və indekslənmə bazalarında elmi əsərlərin araşdırılma metodikası” mövzusunda keçirilən görüşdə “Web of Science” və “Scopus” xülasələndirmə və indekslənmə bazalarında H-indeksi və digər əlaqəli göstəricilər üzrə mövcud vəziyyət müzakirə olunub, elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H-indeksi) yaxşılaşdırılması ilə bağlı təkliflər irəli sürülüb.