×

Xəbərlər

Xəbərlər 16 Dec 2024
ADNSU-da tələbələrin 73-cü Elmi-Texniki Konfransı keçirilir

Dekabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş tələbələrin 73-cü Elmi-Texniki Konfransı öz işinə başlayıb.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransın açılış mərasimində çıxış edən ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova iştirakçıları salamlayaraq universitetdə tələbələrin elmi tədqiqat işlərinə cəlb olunmasına hər zaman xüsusi önəm verildiyini, müəssisələrə əməkdaşlığın inkişaf etdiyini, həmçinin beynəlxalq reytinqlərdə universitetin artan nüfuzundan danışıb. İki gün davam edəcək konfransın işinə uğurlar arzulayan professor Lətafət Qardaşova gənclərin elmə marağının artırılmasında və elmi-tədqiqat işlərinin yüksək peşəkarlıqla yerinə yetirilməsində belə konfransların xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

ADNSU Tələbə Elmi Cəmiyyətləri Şurasının katibi, Neft-kimya texnologiyası və sənaye ekologiyası kafedrasının dosenti Maya Abdullayeva konfransla bağlı məlumat verərək bildirib ki, 9 bölmə üzrə qəbul olunan 255 tezisdən yoxlama  nəticəsində, yəni texniki və plagiat yoxlamadan sonra 209 məqalə və tezis konfransa qəbul olub.

Konfrans bölmə iclasları ilə davam edib.


Paylaş