Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov Türkiyəyə səfəri çərçivəsində Kapadokya Universitetinin rektoru Prof. Dr. Hasan Ali Karasar ilə görüşüb.
Birgə əməkdaşlıq əlaqələrinin müzakirə olunduğu görüşdə ali təhsil müəssisələrinin birgə elmi-tədqiqat işlərinin aparılması, tərəflər üçün prioritet sahələrdə innovativ layihələrin icrası, həmçinin tələbə-müəllim mübadiləsi, dəvətli professorların cəlb olunması və digər mühüm məsələlərlə bağlı müzakirələr aparılıb.
Görüşün hüquqi əsası olaraq sonda tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.