Dekabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Karyera Mərkəzində tələbələrin müsahibə bacarıqlarını inkişaf etdirmək və özünəinamlarını artırmaq məqsədilə uğurlu müsahibə təlim sessiyası təşkil edilib.
Sessiyada iştirak edən hər tələbə üçün 15-20 dəqiqə davam edən fərdi müsahibədə tələbələr fəallıq göstəriblər. Bu təşəbbüs tələbələrə kommunikasiya bacarıqlarını təkmilləşdirmək, müsahibə texnikalarını inkişaf etdirmək və gələcək karyera imkanlarına daha yaxşı hazırlaşmaq üçün dəyərli məsləhətlər təqdim edir. Həmçinin, belə tədbirlər akademik hazırlıq və əmək bazarının tələblərinə uyğun olaraq tələbələri rəqabətli əmək bazarında uğur qazanmağa təşviq edir.