Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Karyera mərkəzində tələbələrin müsahibə bacarıqlarını inkişaf etdirmək və özünəinamlarını artırmaq məqsədilə müsahibə təlim sessiyası təşkil edilib.
Tələbələrə kommunikasiya bacarıqlarını təkmilləşdirmək, müsahibə texnikalarını inkişaf etdirmək və gələcək karyera imkanlarına daha yaxşı hazırlaşmaq üçün keçirlən müsahibədə tələbələrə məsləhətlər verilib. Belə görüşlər onları akademik hazırlıq və əmək bazarının tələblərinə uyğun olaraq rəqabətli əmək bazarında uğur qazanmağa təşviq edir.