×

Xəbərlər

Xəbərlər 30 Oct 2024
Karyera mərkəzində tələbələr üçün növbəti müsahibə təşkil edilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Karyera mərkəzində tələbələrin müsahibə bacarıqlarını inkişaf etdirmək və özünəinamlarını artırmaq məqsədilə müsahibə təlim sessiyası davam edir.

Mərkəzin əməkdaşları ilə tələbələrin növbəti görüşündə kommunikasiya bacarıqlarını təkmilləşdirmək, müsahibə texnikalarını inkişaf etdirmək və gələcək karyera imkanlarına daha yaxşı hazırlaşmaq kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onlara dəyərli tövsiyələr verilib.


Paylaş