×

News

News 26 Dec 2024
ADNSU müəllimləri Neftçi Qurban adına 288 saylı tam orta məktəbdə açıq dərs keçib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) müəllimləri Lökbatan qəsəbəsində yerləşən Neftçi Qurban adına 288 saylı məktəbdə açıq dərs keçib. Məktəbin 10-cu siniflərində ADNSU -nun “Kimya və qeyri üzvi maddələrin texnologiyası” kafedrasının əməkdaşları -k.e.n. dos. Mehparə Adıgözəlova və k.ü.f.d. dos. Leyla Vəzirova tərəfindən keçirilən dərsdə məktəbin direktoru Aygün Hüseynova, təlim-tərbiyə işləri üzrə direktor müavini Aygün Əsədova, Şəhla Mirzəyeva və məktəbin kimya müəllimləri -Sənubər Hüseynova, Könül Məhərrəmova iştirak ediblər.

Dərslər universitetlə məktəb arasında əlaqənin genişləndirilməsi, məktəblilərin elmə marağının artırılması və yüksək bacarıqlı kadrların yetişdirilməsi məqsədilə keçirilib. Şagirdlərin elmi araşdırma məsələləri üzərində işləməyə həvəsləndirilməsi və dünyagörüşünün düzgün istiqamətdə formalaşdırılması da bu layihənin məqsədlərindəndir.


Share