×

Xəbərlər

Xəbərlər 28 Dec 2024
ADNSU-da payız semestrinin imtahan sessiyasına start verilib

Dekabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına start verilib. İmtahan sessiyasında ümimilikdə 15398 bakalavr və 2657 magistrant iştirak edəcək. Payız semestrinin imtahan sessiyasında əsas imtahanlar dekabrın 28-dən yanvarın 31-dək davam edəcək.

ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov imtahan keçirilən auditoriyalarda olub, imtahan prosesini izləyib.

ADNSU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün tədbirlər görülüb. Bu məqsədlə yaradılmış İmtahan Müşahidə Mərkəzi tərəfindən imtahan prosesinə nəzarət olunur.

Qeyd edək ki, imtahanlar 3 növbədə (9:00; 14:00; 17:00;) əsasən yazılı formada keçirilir, yalnlız riyaziyyat və xarici dil fənləri üzrə imtahanlar yazılı-şifahi qaydada aparılır. Yazılı-şifahi imtahanlardan apelyasiya şikayəti verilə bilməz. İmtahanlardan sonra cavablar kodlaşdırılır və xüsusi ayrılmış auditoriyada yoxlandıqdan sonra 24 saat ərzində nəticələr elektron sistemdə (LMS) yerləşdirilir. Tələbələr imtahanın nəticələri elan edildiyi gündən 72 saat ərzində apelyasiyaya müraciət edə bilərlər. 

Onu da qeyd edək ki, ADNSU-da qiyabi şöbədə payız semestrinin imtahan sessiyası 20-28 dekabr tarixlərində keçirilib. İmtahandan qeyri-kafi qiymət alan tələbələr (yalnız 2 fənnən kredit borcu yaranan imtahanı üzrə), həmçinin alt və fərdi qruplar fevralın 1-dən 12-dək  25% ödənişlə təkrar imtahan verə bilər.


Paylaş