Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin “Kompüter ixtisası” üzrə III kurs tələbəsi Əli Əliyev Avstriyanın Krems Tətbiqi Elmlər Universitetində təhsilini davam etdirir.
Sentyabr ayında “Erasmus+” proqramı çərçivəsində 1 semestrlik təhsil almaq üçün Krems Tətbiqi Elmlər Universitetinə gedən tələbəmiz təhsil aldığı müddətdə bilik və bacarıqlarını inkişaf etdirməklə yanaşı, ölkəmizi uğurla təmsil edərək hazırladığı təqdimat vasitəsilə Azərbaycanı Avropalı tələbələr arasında tanıdıb.
Qeyd edək ki, Krems Tətbiqi Elmlər Universitetində hazırda imtahan sessiyası davam edir. Tələbəmizin yanvarın sonu ölkəyə qayıtması gözlənilir.