×

News

News 14 Jan 2025
ADNSU-da imtahan sessiyası davam edir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir.

Əsasən yazılı şəkildə dekabrın 23-dən yanvarın 13-dək ümumilikdə 23621 tələbə-imtahan keçirilib. 1315 qrup imtahanında 22741 (96,3%) tələbə iştirak edib. Onlardan 3217 (14,1%) tələbə /imtahan- əla, 2919 (12,8%) -çox yaxşı, 3935 (17,3%) -  yaxşı, 4407 (19,4%) - kafi, 5778 (25,4%) - qənaətbəxş, 2143 (9,4%) tələbə isə qeyri-kafi qiymətlər alıb. 218 (1,0) nəfər tələbə imtahanlarda iştirak etməyib, 124 (0,5%) nəfər isə “İmtahanların təşkili və keçirilməsi qaydalar”ını pozduqlarına görə imtahanlardan kənarlaşdırılıb. 

Qeyd edək ki, semestr ərzində imtahanlarda ümumilikdə 15398 bakalavr və 2657 magistrant iştirak edəcək. Payız semestrinin imtahan sessiyası yanvarın 31-dək davam edəcək.

 


Share