Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov və universitetin professor-müəllim heyəti 20 Yanvar hadisəsinin 35-ci ildönümü münasibəti ilə Şəhidlər Xiyabanını ziyarət ediblər.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.