Oktyabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Çexiyanın Eksperimental və Tətbiqi Fizika İnstitutunun (ÇETFİ) direktoru İvan Şteklin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə rektor, professor M.Babanlı qonaqlara universitetin tarixi, tədris prosesi, fəaliyyət istiqamətləri, ixtisaslar və əldə olunan nailiyyətlər barədə məlumat verib.
Qədim tarixi kökləri olan Azİİ-nin (ADNSU) neft və qaz sahəsində ali təhsil ocaqlarının flaqmanı hesab olunduğunu qeyd edən rektor, professor M.Babanlı yeni əməkdaşlıq istiqamətlərindən danışıb.
Daha sonra İ.Ştekl apardıqları elmi-tədqiqat işləri və kosmik yeniliklər barədə geniş məlumat verib. Bir sıra elmi texnoloji yeniliklərin tətbiqi müzakirə olunub. ADNSU ilə əməkdaşlığa maraqlı olduqlarını bildirən nümayəndə heyəti universitetdə olmaqdan məmnum qaldıqlarını ifadə edib.
Sonda qonaqlar ADNSU-da laboratoriyalarında elmi-tədqiqat prosesi ilə tanış olublar.