Yanvarın 30-da 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin 7-8-ci sinif şagirdləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ekskursiyada olublar.
Ekskursiya zamanı şagirdlər Mineralogiya Muzeyini ziyarət edib, burada qorunub saxlanılan müxtəlif növ minerallarla tanış olublar. Muzeyin direktoru, dosent Ağamehdi Ağayev şagirdlərə mineralların adı, kimyəvi tərkibi və tapıldığı yataqlar haqqında ətraflı məlumat verib.
Sonra şagirdlər ADNSU-nun Tarix muzeyini ziyarət edib və universitetə aid tarixi eksponatlarla tanış olublar. Şagirdlər həmçinin universitetdə Türkiyə-Azərbaycan Dostluq Mərkəzini, auditoriyaları gəzib, universitetin laboratoriyalarında olublar.
Şagirdlər daha sonra ADNSU-nun şəhid məzunlarının xatirəsinə həsr olunmuş Abidə kopmleksini ziyarət ediblər.