×

News

News 05 Feb 2025
Neft-mexanika fakültəsində növbəti Google Scholar təlimi keçirilib

Fevralın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Neft-mexanika fakültəsində (NMF Google Scholar platformasının effektiv istifadəsinə dair növbəti təlim təşkil olunub. Universitetin Elm və Təhsil Analitik Mərkəzinin Strategiya və Təbliğat sektorunun mütəxəssisi Şamil Əhmədov tərəfindən ) akademik və tədqiqat fəaliyyətlərinin gücləndirilməsi məqsədilə keçirilən təlimdə müəllimlərə və tədqiqatçılara bu faydalı alətdən  maksimum yararlanmağın yolları barədə ətraflı məlumat verilib.

Təlimdə iştirakçılara Google Scholar hesabının yaradılması, platformada məqalələrin axtarışı, qeydiyyat və şəxsi məlumatların yenilənməsi, həmçinin elmi əsərlərin düzgün şəkildə sitatlanması üzrə geniş məlumat verilib. 

Qeyd edək ki, təlimin əsas məqsədi, iştirakçıların akademik araşdırmalarını daha səmərəli şəkildə aparmalarına kömək etmək və elmi biliklərə əlçatanlığı artırmaqdır. Təlimin ən mühüm hissələrindən biri, istifadəçilərin öz araşdırmalarını izləmək və digər tədqiqatçılarla əlaqə qurmaq bacarığını inkişaf etdirməkdir. Google Scholar-da sitatların izlənməsi və akademik profilin yaradılması mövzularına xüsusi diqqət ayrılıb. Belə ki, istifadəçilər həmçinin öz elmi fəaliyyətlərinin populyarlığını izləyə və müxtəlif sahələrdəki tədqiqatçılarla əməkdaşlıq imkanlarını araşdıra bilərlər.

Google Scholar platforması tələbələrə və tədqiqatçılara yalnız öz sahələrindəki ən son inkişaflarla tanış olmağa deyil, həm də daha geniş elmi icmalara qoşulmağa şərait yaradır. Beləliklə, akademik işlərə daha çox istinad almaq və elmi sahədəki əlaqələri genişləndirmək mümkün olur. 

Google Scholar platformasının istifadəsinin tədris və tədqiqat sahəsindəki rolu, universitetin akademik mühitinin daha da inkişaf etdirilməsinə böyük töhfə verəcəkdir. Bu cür təlimlərin davamlı olaraq təşkil olunması, həm tələbələrin, həm də müəllimlərin elmi dünyada daha fəal iştirakını təmin edəcək və universitetin elmi işlərinin dünya miqyasında daha geniş yayımlanmasına imkan verəcəkdir.

 

 


Share