15-16 fevral tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Respublika Fənn Olimpiadasının informatika fənni üzrə yarımfinal turu keçirilib. Fevralın 15-də Respublika Fənn Olimpiadalarının informatika fənnindən aşağı yaş qrupu üzrə yarımfinal mərhələsi, fevralın 16-da isə informatika fənnindən 10-11-ci sinif şagirdlərinin iştirak etdiyi yuxarı yaş qrupu üzrə yarımfinal mərhələsinin bir qismi baş tutub. İki gün davam edən yarışda 100-ə yaxın şagird olimpiadada aktiv iştirak edib.
Qeyd edək ki, Respublika Fənn Olimpiadasında ümumilikdə aşağı və yuxarı yaş qrupu üzrə 2100-dən çox şagird final mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparıb, onlardan 100-ə yaxın şagird isə ADNSU-da bilik və bacarığını nümayiş etdirib.