×

Xəbərlər

Xəbərlər 17 Feb 2025
Azİİ e-Kitab Evində “Yeni nəşrlər” adlı növbəti kitab sərgisi təşkil olunub

         Fevralın 17-dən  Yaz semestrinin  başlanması ilə əlaqədar olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində fonda daxil olan yeni nəşrlərdən ibarət “Yeni nəşrlər” adlı kitab sərgisi təşkil olunub.
Sərgidə 2024/2025-ci tədris ilində Kitab evinə daxil olmuş müxtəlif elm sahələrini əhatə edən dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar,jurnallar və digər materiallar nümayiş olunur. Materiallar əsasən neft, ekologiya və ətraf mühit, fəlsəfə, iqtisadiyyat və s. sahələri əhatə etməklə Azərbaycan, rus və ingilis dillərindədir.
        Ümumilikdə sərgidə müxtəlif sahələrə aid 70 kitab və 11 jurnal oxucuların istifadəsinə verilib.Sərgi zamanı həmçinin universitetin professor-müəllim və tələbə heyətinə Kitab evinin resursları, elektron kitabları, mövcud olan beynəlxalq elektron bazaları və həmin bazalara giriş imkanları haqqında ətraflı məlumatlar verilir.
“Yeni nəşrlər” sərgisi fevral ayının sonunadək  davam edəcək.
 


Paylaş