Fevralın 19-da “Bilim Bakı” Mərkəzinin direktoru, “TEKNOFEST”in Azərbaycandakı rəsmi nümayəndəsi Ahmet Köse Azərbaycan Dövlət Neft və Sənaye Universitenin rektoru, dosent Rüfət Əziziovla görüşüb. Söhbət zamanı ADNSU ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Sonra “Bilim Bakı” Mərkəzinin direktoru, “TEKNOFEST”in Azərbaycandakı rəsmi nümayəndəsi Ahmet Kösenin ADNSU tələbələri üçün infosessiyası keçirilib.
Əvvəlcə ADNSU-nun Rəqəmsal İnkişaf və İnnovasiya Mərkəzinin direktoru Elviz İsmayılov 2022-ci ildən başlayaraq ADNSU-tələbələrin TEKNOFEST-də qazandığı uğurlar barəsində məlumat verib. Bildirib ki, tələbələr hər il “TEKNOFEST”ə böyük həvəslə hazırlaşırlar. Yarışmanın əhəmiyyətindən danışaraq onun tələbələr üçün yeni imkanlar açdığını da qeyd edib.
Daha sonra Ahmet Köse “TEKNOFEST-2025”lə bağlı geniş təqdimatla çıxış edib.
Sonda tələbələrin sualları cavablandırılıb.