Fevralın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.
ADNSU-nun prorektorlarının, o cümlədən professor-müəllim heyətinin istirak etdiyi tədbirdə Mülki müdafiə qərargahının rəisi Elşən Məmmədov mülki müdafiənin vacibliyindən danışıb və bu günün yaranma tarixi haqqında tədbir iştirakçılarına məlumat verilib.
Çıxışlarda ölkəmizdə, o cümlədən ADNSU-da mülki müdafiəyə ayrılan diqqətdən bəhs olunub. Mülki müdafiənin insan həyatında, təhlükəsizliyin təmınatındakı rolu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Qeyd edək ki, Ümumdünya Mülki Müdafiə Günü- 1972-ci ildə Ümumdünya Mülki Müdafiə Təşkilatının yaradılması münasibətilə hər il kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan 1993-cü ildə bu nüfuzlu beynəlxalq təşkilata üzv olmuşdur.