×

Xəbərlər

Xəbərlər 06 Mar 2025
Özbəkistanın Turan Beynəlxalq Universitetinin rektoru ADNSU-da olub

Martın 6-də Özbəkistanın Turan Beynəlxalq Universitetinin rektoru Əhədxon Nəcmitdinov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub. ADNSU-nun rektoru, dosent Rüfət Əzizov qonağa ADNSU-da tədris olunan ixtisaslar, əməkdaşlıq əlaqələri, professor-müəllim heyəti, ikili diplom proqramları və beynəlxalq layihələr haqqında məlumat verib.

Özbəkistanın Turan Beynəlxalq Universitetinin rektoru Əhədxon Nəcmitdinov da rəhbərlik etdiyi universitet haqqında ətraflı məlumat verərək ADNSU-nun elmi tədqiqat və tədris imkanlarının yüksək olmasından məlumatlı olduğunu bildirib. 

Görüşdə həmçinin İT sahəsində, eyni zamanda MBA, BBA proqramları üzrə əməkdaşlıq istiqamətində gələcəkdə müştərək icra olunacaq layihələrlə bağlı müzakirələr aparılıb, konkret hədəflərdən bəhs olunub. 

 Qonaq rektor universitetin Tarix muzeyi, Kibertəhlükəsizlik mərkəzi, laboratoriyalar və kompüter otaqlarını gəzərək universitetlə yaxından tanış olub, burada tədris və tədqiq üçün yaradılan şəraitin yüksək olduğunu bildirib. 

 


Paylaş