×

Xəbərlər

Xəbərlər 31 Oct 2017
ADNSU-da Məzun-Karyera Mərkəzinin ilk təlimi baş tutub

Oktyabrın 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məzun-Karyera Mərkəzinin təşkilatı dəstəyi ilə “Motivasiya: şəxsi maraqların və prioritetlərin müəyyən olunması” mövzusunda ilk təlim baş tutub. Təlim almaniyalı professor Mattias Şmidt tərəfindən aparılıb.

Qeyd edək ki, mərkəz tərəfindən bu cür təlimlərin mütəmadi olaraq təşkil olunması nəzərdə tutulub. Təlimlərin beynəlxalq şirkət nümayəndələri, təcrübəli təlimçilər tərəfindən keçirilməsi planlaşdırılır.


Paylaş