Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e Kitab Evinə Qərbi Azərbaycan İcması tərəfindən “Qərbi Azərbaycan: faktlar, sənədlər, reallıqlar”, “Qərbi Azərbaycan tarixi yaddaşımız”, “İrəvan kişi gimnaziyası” adlı kitablar hədiyyə olunub. Kitablarda əsasən son 200 il ərzində azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin aparılması,soydaşlarımızın yaşadıqları doğma torpaqlarından deportasiya və soyqırımlara məruz qalmaları haqqındakı faktlar, sənədlər və reallıqlar geniş əks olunub.
Kitablarla maraqlanmaq istəyənlər Azİİ e-Kitab Evinin və Açıq kitabxananın fonduna müraciət edə bilərlər.