Oktyabrın 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Xətdə.az” elektron portalının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev tədbirin gənclər üçün əhəmiyyətini qeyd edib.
Daha sonra proqram rəhbəri Pərvin Qasımov elektron portal onlayn təbliğat kampaniyalarının yaradılması və idarə edilməsi üçün müxtəlif alətlər paketlərinin cəmləşdiyi platform haqqında iştirakçılara geniş məlumat verib. P.Qasımov qeyd edib ki, platforma vasitəsilə istənilən bir şəxs və ya qurum sosial şəbəkələrdə təbliğat və təşviqat kampaniyasının yaradılması, idarə olunması, kampaniya mövzularına uyğun olaraq materialları əldə edə biləcəklər.
Qeyd edək ki, tədbir Gənclər və İdman Nazirliyi Gənclər Təşkilatları Milli Şurası və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən “QHT-lər tərəfindən sosial şəbəkələrdə milli və ictimai maraqların müdafiəsi üçün alətlərin yaradılması” layihəsi çərçivəsində keçirilib.