Rusiyanın "IPR Media" kompaniyası "IPRbooks" elektron kitabxana sisteminin resurslarını 01.11.2017-04.12.2017-ci il tarixinə kimi açıq internet ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) istifadəsinə verib.
ADNSU-nun professor-müəllim heyəti və tələbələr aşağıda göstərilən loqin və paroldan istifadə etməklə həmin bazadan yararlana bilərlər.
Login — asoiu.edu.az
Parol — 9HKpKamL
Qeyd edək ki, “IPRbooks” Elektron Kitabxana Sistemi ali məktəbdə həyata keçirilən tədris istiqamətləri üzrə lisenziyalı tədris və elmi ədəbiyyatı, jurnalları, audio nəşrləri, video kursları, onlayn testləri özündə birləşdirən unikal resursdur. Platformadan istifadə internetdə tapılmayan ən aktual kitabların bazasına giriş imkanı qazandırır. IPRbooks tədrisə aid nəşrləri axtarmağa və satın almağa sərf olunan vaxta və pula qənaət etməyə imkan verir. Sistemə günün istənilən vaxtı bütün elektron cihazlardan məhdudiyyətsiz olaraq daxil olmaq mümkündür.