×

Xəbərlər

Xəbərlər 06 Nov 2017
Almaniyanın Frayburq Universitetinin magistrantı ADNSU-da təcrübə keçir

Almaniyanın Frayburq Universitetinin magistrantı Franziska Lengerer Alman Akademik Mübadilə Xidməti (DAAD) proqramı çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetindəki (ADNSU) fəaliyyətini davam etdirir. ADNSU-nun Beynəlxalq əməkdaşlıq şöbəsində və eyni zamanda DAAD-ın Bakı ofisində təcrübə keçən almaniyalı magistrant  F.Lengerer universitetdə akademik işlərlə məşğul olmaqla yanaşı, eyni zamanda DAAD-ın təşkilatçılığı ilə keçirilən bir sıra təlimlərdə də yaxından iştirak edir. ADNSU-da olmaqdan məmnun olduğunu dilə gətirən F.Lengerer universitet tərəfindən göstərilən diqqətə və ona yaradılan şəraitə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, F.Lengerer sentyabrın 25-dən ADNSU-da təcrübə keçir, qonaq dekabrın 1-ə kimi universitetdə fəaliyyətini davam etdirəcək.


Paylaş