Noyabrın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Erasmus+” proqramının Azərbaycandakı ofisinin rəhbəri Pərviz Bağırovun universitetin professor-müəllim heyəti ilə görüşü keçirilib.
ADNSU-nun Beynəlxalq əməkdaşlıq şöbəsinin təşkil etdiyi görüşdə Pərviz Bağırov təhsilin inkişafında inteqrasiya və mübadilənin böyük rolu olduğunu söyləyib. O “Erasmus+” proqramının uzun müddətdir ki Azərbaycanda fəaliyyət göstərdiyini qeyd edib və toplaşanları proqramın uğurları barədə məlumatlandırıb. “Erasmus+” mübadilə proqramı çərçivəsində gerçəkləşdirilən KA2 Erasmus Beynəlxalq layihələri haqqında danışan P.Bağırov bu layihələr vasitəsilə təhsil və tədrisin keyfiyyətinin artırılması, ali təhsil müəssisələrinin idarəedilməsi və fəaliyyətinin təkmilləşdirilməsi zərurətini vurğulayıb.
Sonda professor-müəllim heyətini maraqlandıran suallar cavablandırılıb.