Azərbaycan-Fransız Universiteti (UFAZ) 2014-cü ildə Azərbaycan və Fransa Prezidentlərinin təşəbbüsü ilə yaradılan və uğurla davam edən layihədir. Layihəyə Fransa tərəfindən Strasburq Universitetinin (Unistra) rəhbərlik etdiyi Fransa universitetləri konsorsiumu daxildir. Azərbaycan tərəfindən isə layihəyə Azərbaycan Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq əsasında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) rəhbərlik edir. 2016-cı ilin sentyabr ayından etibarən fəaliyyət göstərən bu universitetdə 4 texniki ixtisas üzrə tələbə qəbulu həyata keçirilir. Universitet ADNSU-nun nəzdində yaradılıb və məzunlarını ADNSU və Strasburq Universitetinin diplomları ilə təmin edir.
Vakant yerlər:
Fizika müəllimi
|
Kimya müəllimi*
|
Kimya Laborantı
|
Namizədlərdən ən qısa zamanda ingilis dilində CV formalarını (pdf formasında) info@ufaz.az elektron ünvanına göndərmələri tələb olunur.
Seçim prosesində aşağıdakı meyarlara cavab verən namizədlərə üstünlük veriləcəkdir:
1. Fizika/kimya ixtisası üzrə minimum təhsil səviyyəsi magistr dərəcəsinə malik olan və fərqlənmə diplomu ilə bitirənlərə;
2. İngilis dilini yüksək səviyyədə bilən və bu dildə fizika və kimya fənlərini sərbəst şəkildə tədris etmək qabiliyyətinə malik olanlara;
3. Laborant vəzifəsini tutmaq üçün bakalavr pilləsini bitirmiş namizədlərdən ən azı iki illik pedaqoji təcrübəyə malik olanlara;
4. Akademik araşdırma və kimya sənayesi sahəsində xaricdə laboratoriya təcrübəsi keçənlərə.
CV-də əlavə aktivlər:
Xaricdə təhsil təcrübəsi (tam tədris, mobillik və ya təlim);
İngilis dilində yazılmış dərsliklərlə tanış olmaq;
Müasir tədris metodlarından və İKT-dən istifadə etmək;
Doktorantura dərəcəsinə malik olmaq;
Fransız dilini bilmək;
Xaricdə post-doktorantura proqramında iştirak etmək;
Xaricdə akademik tədqiqat və kimya sənayesi sahəsində laboratoriya təcrübəsinə malik olmaq (laborantlar üçün).
Kimya laborantının vəzifələri:
Laboratoriya avadanlığının quraşdırılması və kimyəvi reaksiyaların hazırlanması;
Laboratoriyanın resurslarla tam təmin edilməsi;
Təhlükəsizlik prosedurlarının ciddi yoxlanılması və təmin edilməsi;
Planlaşdırılan laboratoriya məşğələsindən əvvəl zəruri laboratoriya materiallarının toplanılması və hazırlanması;
Laboratoriya məşğələsi zamanı laboratoriya müəlliminə kömək etmək;
Laboratoriya işi başa çatdıqdan sonra laboratoriya materiallarının toplanılması.
CV forması ilə yanaşı, namizədlərin peşəkar layihələrini təsvir edən və UFAZ-da işləmək üçün maraqlarını ifadə edən motivasiya məktubunu (ingilis dilində) yuxarıda qeyd olunmuş elektron ünvana göndərmələri xahiş olunur.
* Kimya müəllimlərinin ümumi kimya tədrisində ən az iki illik təcrübəsi olmalıdır.