Noyabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məzun-Karyera Mərkəzinin “Karyera Psixologiyası” və “Şəxsi İnkişaf” mövzularında növbəti təlimi keçirilib. Təlimlər Headway şirkətinin nümayəndəsi Seymur Rəsulov tərəfindən aparılıb.
Tələbələrin gələcək karyeralarında uğurlu ola bilməsi üçün öz təcrübələrini onlarla bölüşən təlimçi bu istiqamətdə düzgün ixtisas seçiminin önəmindən bəhs edib. Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Mərkəz tərəfindən bu cür təlimlərin mütəmadi olaraq təşkil olunması nəzərdə tutulub. Təlimlərin beynəlxalq şirkət nümayəndələri, təcrübəli təlimçilər tərəfindən keçirilməsi planlaşdırılır.