Noyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadənin ADNSU-nun SABAH qruplarının tələbələri ilə görüşü keçirilib. Görüşdə ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, ADNSU SABAH qruplarının rəhbəri Nərminə Əliyeva və tələbələr iştirak edib.
ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov SABAH qruplarının mütərəqqi əhəmiyyətini qeyd edib. O ADNSU-nun SABAH qruplarında təhsil alan tələbələrin keyfiyyət göstəricilərinin kifayət qədər yüksək olduğunu vurğulayıb.
SABAH qruplarının İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə SABAH-ın uğur göstəriciləri və yeniliklər barədə məlumat verib. Sonra o 2016-2017-ci tədris ili üzrə SABAH qruplarının ilk məzunlarının sayını açıqlayıb. SABAH qruplarından məzun olan tələbələrin 39%-nin yerli və 16%-nin xarici universitetlərin magistratura pilləsinə qəbul olunduğunu deyən Ş.Seyidzadə ümumilikdə 55% tələbənin magistr olduğunu qeyd edib. SABAH qruplarının İcra Komitəsinin rəhbəri indiyədək belə bir nəticənin olmadığını qeyd edərək uğurların artması üçün bir neçə istiqamətdə işlərin planlaşdırıldığını bildirib. Ş.Seyidzadə tələbələrin ölkəmizdə və xaricdə magistraturaya qəbulu, elmi tədqiqat işlərinin aparılması, işlə təmin olunmaları və Startap layihələrinə qoşulmaları üçün yeni layihələrin gözlənildiyini də sözlərinə əlavə edib. Sonda o tələbələrin suallarını cavablandırıb.