×

Xəbərlər

Xəbərlər 17 Nov 2017
ADNSU-da Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib

Noyabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib.

ADNSU-nun tədris  işləri üzrə prorektoru, dosent Qasım Məmmədov tədbiri açaraq xalqın tarixi yaddaşının özünə qayıtması, milli dirçəlişə nail olunmasının böyük bir tarixi prosesin nəticəsi olduğunu bildirib.

İctimai Fənlər kafedrasının müdiri, professor Camal Mustafayev bildirib ki, 1988-ci il noyabrın 17-dən başlanan meydan hərəkatı müstəqil Azərbaycanın təməlini qoyub və xalqın azadlıq ruhunu oyadıb. O gəncləri tariximizin şanlı səhifələrini yaxşı öyrənməyə və üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqli şəkildə gəlməyə çağırıb.

ADNSU-nun Yap ilk təşkilatının sədri, dosent Tamilla Naibova 17 noyabr tarixinin Azərbaycan üçün əhəmiyyətindən danışıb və müstəqilliyimizin qazanılmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin xüsusi rolunu vurğulayıb. Tamilla Naibova ulu öndərin hakimiyyəti dövründə respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi həyatında böyük nailiyyətlər qazandığını və onun uğurlu siyasətinin bu gün dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini bildirib.


Paylaş