Noyabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikası QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Mərkəzinin təşkilatçılığı ilə “QİÇS-lə Mübarizə Günü” ilə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən tələbələr üçün İnsanın İmmun Çatışmazlığı Virusuna görə laborator testlər keçirilib. Həmçinin tələbələrə QİÇS-lə mübarizəyə dair maarifləndirici məlumatlar verilib. Tədbirin sonunda təşkilatçılar yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkür edib.
Qeyd edək ki, tədbir artıq beşinci dəfədir ki, RQMM-nin iştirak etdiyi “Avropa İİV-ə testləşmə həftəsi çərçivəsində baş tutub. Kampaniya çərçivəsində aparılan tədbirlər İİV-in Azərbaycanda yayılmasının qarşısının alınması, əhalinin İİV-QİÇS barədə biliklərinin artırılması, sağlam və təhlükəsiz həyat tərzinin təbliği məqsədini daşıyır.