×

Xəbərlər

Xəbərlər 24 Nov 2017
ADNSU-da “Gənclər arasında vətənpərvərlik tərbiyəsinin təşviqi” mövzusunda tədbir keçirilib

Noyabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Gənc Vətənpərvərlər Birliyinin “Gənclər arasında vətənpərvərlik tərbiyəsinin təşviqi” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsində bu cür tədbirlərin əhəmiyyətini qeyd edib.

Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyini vurğulayan “Gənc Vətənpərvərlər Birliyi”nin sədri Muğamət Əliyev bunun üçün hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. “Gənclər arasında vətənpərvərlik tərbiyəsinin təşviqi” mövzusunda çıxış edən Muğamət Əliyev rəhbərlik etdiyi təşkilatın fəaliyyət istiqaməti, keçirilən tədbirlər, gələcək fəaliyyət istiqamətləri haqqında tələbələrə məlumat verib.

Azərbaycanın müharibə şəraitində olduğunu diqqətə çatdıran Birliyin Hərbi məsələlər üzrə sədr müşaviri təqaüddə olan polkovnik İslam Əzimov gəncləri hər an müharibəyə hazır olmağa çağırıb.

Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

ADNSU-ya “Gənc Vətənpərvərlər Birliyi”nin fəxri diplomunu təqdim edən  Muğamət Əliyev tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə başda rektor, professor Mustafa Babanlı olmaqla bütün universitet rəhbərliyinə minnətdarlığını bildirib.


Paylaş